“Barselona”nın döyməsini etdirməkdənsə, saçsız qalaram”

“Real”ın yeni transferi Mark Kukurella “Barselona” barədə diqqətçəkən fikirlər səsləndirib.
“El Chiringuito” xəbər verir ki, ispaniyalı müdafiəçi, Madrid klubunu seçməsinin əsas səbəbinin hər mövsüm ən yüksək hədəflər uğrunda mübarizə aparmaq imkanı olduğunu bildirib:
“Bu klubu seçdim, çünki hər il UEFA Çempionlar Liqasını qazanmağa iddialıdır. Bu, hər zaman baş verməsə də, “Real”da hər şey çox tez dəyişə bilər. “Barselona”? Mən o klubun döyməsini etdirməkdənsə, saçsız qalmağı üstün tutaram”.
“Real” ötən mövsümü turnir cədvəlinin 2-ci pilləsində başa vurub və heç bir kubok qazana bilməyib. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:26


























