mobil versiya

Əfqanıstan Mərkəzi Asiyada regionlaşma proseslərinin həmmüəllifinə çevrilməlidir: Vahabov





Əfqanıstan Mərkəzi Asiya Beynəlxalq İnstitutunun (IICA) direktoru Cəvlon Vahabov Kabildə keçirilən ilk Mərkəzi Asiya-Əfqanıstan Beyin Mərkəzləri Forumunda bildirib ki, Əfqanıstan periferik dövlət kimi qəbul edilməkdənsə, Mərkəzi Asiyanın gələcəyinin formalaşmasında tam hüquqlu iştirakçı kimi tanınmalıdır.

Əfqanıstan Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən forum, regional əməkdaşlıq və inteqrasiyanı müzakirə etmək üçün Mərkəzi Asiya ölkələrindən, Azərbaycandan və Əfqanıstandan aparıcı beyin mərkəzlərinin rəhbərlərini, siyasətçiləri, tədqiqatçıları və biznes nümayəndələrini bir araya gətirib.

Vahabov Əfqanıstanın sabitliyinin və iqtisadi dirçəlişinin Mərkəzi Asiyanın gələcəyi ilə sıx bağlı olduğunu vurğulayaraq, ölkənin kənarda qalmaq əvəzinə, regional inteqrasiyanın "həmmüəllifinə" çevrilməli olduğunu iddia edib.

O bildirib ki, Trans-Əfqanıstan Nəqliyyat Dəhlizi, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri, TAP elektrik ötürmə layihəsi və CASA-1000 elektrik layihəsi də daxil olmaqla əsas infrastruktur təşəbbüsləri Əfqanıstanı tranzit marşrutundan regional istehsal, sənaye və iqtisadi inkişafda fəal iştirakçıya çevirə bilər. Su və iqlim əməkdaşlığı məsələsində Vahabov Əfqanıstanı əhatə edən hüquqi və institusional çərçivələrin yaradılmasının vacibliyini vurğuladı. O, həmçinin Qoştəpə kanalı ilə bağlı dialoqun davam etdirilməsinə, müntəzəm texniki məsləhətləşmələrə, məlumatların paylaşılmasına, birgə monitorinqə, buzlaqların tədqiqinə və regional erkən xəbərdarlıq sistemlərinin hazırlanmasına çağırdı.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:44