KAF vətəndaşlara ödənişsiz hüquqi dəstək göstərir

"Konstitusiya" Araşdırmalar Fondu vətəndaşlara ƏRİZƏ VƏ YA ŞİKAYƏTLƏR hazırlanmasında ÖDƏNİŞSİZ HÜQUQİ DƏSTƏK GÖSTƏRİR!
Bu barədə KAF sosial media hesabında məlumat yayıb.
Gündəlik həyatda qarşılaşdığınız sosial, infrastruktur, səhiyyə, təhsil və ya digər problemlərlə əlaqədar dövlət qurumlarına rəsmi müraciəti (ərizə və ya şikayəti) hüquqi cəhətdən necə düzgün tərtib edəcəyinizi bilmirsiniz?
Fondumuzun təcrübəli hüquqşünasları Sizə bu məsələdə tamamilə ÖDƏNİŞSİZ KÖMƏK EDƏCƏKLƏR! Biz sizin probleminizi öyrənəcəyik; Sizinlə birgə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi müraciət hazırlayacağıq.
Xidmətlərimiz tamamilə ödənişsizdir.
Sürətli və hüquqi dəstək.
Kömək almaq üçün 050 5173720 nömrəsi ilə əlaqə saxlayın.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:46


























