mobil versiya

Qətərin quru qoşunlarının komandanı Fransanın Fəxri Legion ordeni ilə təltif edilib





Qətər Quru Qoşunlarının komandanı, briqada generalı Casim Əli Əl-Ətiyyə Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi general Pyer Şil və onu müşayiət edən nümayəndə heyəti ilə ikitərəfli hərbi əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə etmək üçün görüşüb.

Bu barədə yerli media xəbər verir. 

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçirib və Qətər və Fransa silahlı qüvvələri arasında müdafiə əməkdaşlığını gücləndirmək imkanlarını araşdırıblar.

Görüşün sonunda general Şil briqada generalı Əl-Ətiyyəyə iki ölkə arasında hərbi əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Fransanın Fəxri Legion ordeni təqdim edib.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:21