Miqren yalnız qan damarlarından qaynaqlana bilməz. Mədənin bununla nə əlaqəsi var?

Daxili xəstəliklər üzrə mütəxəssis müəyyən həzm sistemi xəstəliklərinin miqren baş ağrılarının əsas səbəblərindən biri ola biləcəyini aşkar edib.
Dr. Lyudmila Labanın sözlərinə görə, təkrarlanan şiddətli baş ağrısı epizodları ilə xarakterizə olunan miqren həmişə damar probleminin nəticəsi deyil. Bəzi hallarda, bu, mədə-bağırsaq traktındakı iltihabi proseslərdən qaynaqlana bilər.
O izah etdi ki, damar spazmları mədədə və ya onikibarmaq bağırsağında şişkinlik və ya iltihab nəticəsində yarana bilər.
Bu spazmlar başa dalğa şəklində yayılan və tez-tez ürəkbulanma və qusma ilə müşayiət olunan ağrıya səbəb ola bilər.
"Haradan başlamasından asılı olmayaraq, ağrı başa yayıla bilər, çünki bütün qan damarları bir-birinə bağlıdır və sinir uclarının sıxlığı həmin nahiyədə daha çoxdur və bu da ağrını daha güclü edir", - deyə Dr. Laba bildirib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:02


























