Paytaxtın bu ərazisində işıqlar söndürüləcək

Bakının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində bu gün müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində planlı fasilə tətbiq ediləcək.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:17


























