mobil versiya

İki futbol klubunun adı dəyişdirilib



I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Haypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.
Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlkinin PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 18:05