“Turan Tovuz” serbiyalı müdafiəçi ilə müqavilə bağlayıb

“Turan Tovuz” serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.
Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
28 yaşlı oyunçu ilə müddəti 2 il olan müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats”, Türkiyədə “Konyaspor”un formasını geyinib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:47


























