Simonyan 3-cü dəfə evlənir - Nişanlısı yaxın dostunun qızıdır...

Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan növbəti toyuna hazırlaşır. Toy mərasimi sentyabrın 5-nə planlaşdırılıb.
Bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb.
Qəzet toy ziyafətinin "Palladium Hall" restoran kompleksində keçiriləcəyini yazıb. Toya müxtəlif çevrələrdən - siyasi və hökumət dairərindən nümayəndələr dəvət olunub. Toyla bağlı əsas siyasi intriqa, Baş nazir Nikol Paşinyanın məclisdə iştirak edib-etməyəcəyidir. Qəzet yazır ki, Alen Simonyan və Nikol Paşinyanın uzun birgə siyasi karyerasını, eləcə də hökumət daxilindəki son dəyişiklikləri nəzərə alsaq, Paşinyanın atacağı addım maraqla gözlənilir.
Qeyd etmək lazımdır ki, bu, indiyə qədər iki dəfə evli olan 46 yaşlı Alen Simonyanın üçüncü toyu olacaq. O, artıq xeyli müddətdir yeni nişanlısı ilə birgə yaşayır və təxminən bir ay əvvəl onunla rəsmi nikaha girib. Simonyanın yeni həyat yoldaşının adı Anela Qubryandır. Sabiq spikerdən 20 yaş kiçik olan 26 yaşlı Anela, Simonyanın yaxın dostunun qızıdır... (“AzPolitika.info”)
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:02


























