mobil versiya

Premyer Liqa: 1-ci tura bu gün yekun vurulacaq





Azərbaycan Premyer Liqasının 1-ci turuna bu gün yekun vurulacaq.

“Qarabağ” evdə “Şamaxı”nı qəbul edəcək.
Baş hakim Rəvan Həmzəzadənin idarə edəcəyi oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası
1-ci dövrə, 1-ci tur
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu
Turun daha əvvəl keçirilən matçlarında “Turan Tovuz” “Qəbələ”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1) məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” matçında hesab açılmayıb.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:00