Azərbaycan güləşçiləri DÇ-də 2 medal qazanıb
Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə şans tanımayıb – 8:0.
Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən idmançı bürünc mükafata sahib çıxıb.
Cavidan Nehmətov (77 kq) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan güləşçi gümüş medalla kifayətlənməli olub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:16



























