Daha 5 itkin şəhid avqustun 21-də dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab olunan və şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid avqustun 21-də dəfn ediləcək.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, mülki şəxs Cümşüd Həsənxan oğlu Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında, hərbçilər - Sərdar Cəfər oğlu İsmayılov Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında Şəhidlər cərgəsində, Vaqif Mənsim oğlu Məhərrəmov Neftçala şəhərindəki Şəhidlər xiyabanında, Mürşüd Nadir oğlu Nərimanov İmişli rayonundakı Məzrəli kənd qəbiristanlığında, Akif Cəbrayıl oğlu Qurbanov Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:21


























