Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb

İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.
Qeyd edək ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Aşkarlanan uyğunsuzluqlar aşağıdakılardır:
| № | İdxalçı şirkət | İstehsalçı şirkət | Məhsulun adı | Aşkarlanmış uyğunsuzluq | Məhsulun istehsal və son istifadə tarixi |
| 1 | “Herba Flora” MMC | Zhejiang Chunli Tea Co., LTD | yaşıl çay | Pestisid qalığı (Dinotefuran) | 01.09.2025 - 01.09.2028 |
| 2 | Feng Jiang | Chen Keming Food Co., LTD | əriştə | Kif və maya göbələkləri | 17.12.2025 - 17.12.2027 |
| 3 | “Premium Food Baku” MMC | Yantai Yuji Foodstuff Co., LTD | panko çörək qırıntıları | Kif və maya göbələkləri | 06.01.2026 - 05.01.2028 |
| 4 | “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC | Tianjn Xingda Heping Food Co., LTD | əriştə | Kif və maya göbələkləri | 09.11.2025 - 09.11.2027 |
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:47


























