Çində Dünya Humanoid Robot Oyunları davam edir

CGTN xəbər verir ki, ikinci Dünya Humanoid Robot Oyunları Pekindəki Buz Lent Milli Sürətli Konkisürmə Stadionunda davam edir.
Açılış mərasimində təxminən 1000 humanoid robot təcəssümlü zəka və mürəkkəb mexanika sahəsindəki ən son nailiyyətləri nümayiş etdirib.
Beş günlük turnir proqramına 51 fənn üzrə 1300-dən çox yarış daxildir. 16 ölkədən 2056 robot və 666 komanda iştirak edir.
Bu ilki yarışa ilk dəfə olaraq uzunluğa tullanma, ağırlıqqaldırma, kəndir çəkmə və stolüstü tennis daxildir.
Ayrı bir bölmə çətin şəraitdə çevik manipulyatorların sınaqdan keçirilməsinə həsr olunub. Mühəndislər xilasetmə əməliyyatlarında robotları sınaqdan keçirir, tozları dəqiq paylayır, cımbızdan istifadə edir və şüşələri açır.
Təşkilatçıların sözlərinə görə, bu yarışlar texnoloji mübadiləni, sənaye əməkdaşlığını və təcəssümlü zəkanın inkişafını təşviq etmək məqsədi daşıyır.
İlk robot oyunları 2025-ci ilin avqust ayında 16 ölkədən 280 komanda və 500-dən çox humanoid robotun iştirakı ilə baş tutub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:09


























