mobil versiya

Maradonanın qolunun təsvir olunduğu 1986-cı il Dünya Kubokunun yadigarı 3,4 milyon dollara satılıb







Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunun dörddəbir finalında İngiltərəyə qarşı vurduğu məşhur "Tanrının əli" qolunu Heritage Auctions-da komissiya da daxil olmaqla 3,4 milyon dollara satıldı.

Matç 22 iyun 1986-cı ildə Mexiko şəhərində baş tutdu və Argentinanın 2-1 hesablı qələbəsi ilə başa çatdı. Maradona matçda hər iki qolu vurdu.

O, ilk qolu əllə vuraraq İngiltərə qapıçısı Peter Şiltonu məğlub etdi. Oyundan sonra Maradona qolu "qismən Maradonanın başı, qismən də Tanrının əli" adlandırdı.

İkinci qol futbol tarixinə "əsrin qolu" kimi düşdü: Maradona qapıçı da daxil olmaqla bir neçə rəqibin yanından keçərək topu boş qapıya göndərdi.

Matçdan sonra top Tunisli hakim Əli Bin Nasserin əlinə keçdi və o, topu 30 ildən çox saxladı. Topun orijinallığı daha sonra müstəqil ekspertlər tərəfindən təsdiqləndi və onlar hadisə yerindən çəkilmiş fotoşəkillərlə izləri və aşınmanı müqayisə etdilər.

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:12