Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO

Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, identifikasiya sistemi vasitəsilə heyvanların qeydiyyatı, peyvəndləri, xəstəlikləri və baytarlıq nəzarəti barədə məlumatların izlənilməsi mümkündür.
Ətlik heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş və baytarlıq nəzarəti altında fəaliyyət göstərən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsimdən əvvəl heyvan baytar həkim tərəfindən müayinə olunur, kəsimdən sonra isə ət və daxili orqanlar baytarlıq-sanitariya ekspertizasından keçirilir.

AQTA istehlakçılara ət alarkən məhsulun mənşəyinə, satış şəraitinə və üzərində baytarlıq-sanitariya ekspertizasından keçirilməsini təsdiq edən rəsmi baytarlıq möhürünün olub-olmamasına diqqət yetirməyi tövsiyə edir.
Qida təhlükəsizliyinin təmin olunması dövlət nəzarəti ilə yanaşı, sahibkarların tələblərə əməl etməsindən və istehlakçıların düzgün seçimindən də asılıdır.
Daha ətraflı məlumat üçün:
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:51


























