Pakistanın Baş nazirinin oğlu siyasi fəaliyyətə başlayır

Pakistanın Baş nazir Şahbaz Şərifin oğlu Həmzə Şahbaz siyasi fəaliyyətə başlayır. PML-N (Pakistan Müsəlman Liqası (Nəvaz)) lideri olan Həmzə Şahbaz siyasi fəaliyyətinə cümə axşamı günü İslamabadda Baş nazirin iqamətgahındə bir qrup hazırkı və keçmiş partiya qanunvericiləri ilə görüşməklə başlayıb.
“AzPolitika.info” bu barədə Pakistan yerli mediasına istinadən xəbər verir.
PML-N hakimiyyətə gəldikdən və Pəncabın baş naziri vəzifəsi onun əmisi qızı Məryəm Nəvaza keçdikdən sonra, Baş nazir Şahbaz Şərifin oğlu Həmzə əyalət siyasətində nisbətən kölgədə qalmışdı.
Cümə axşamı keçirilən görüşdə Həmzə Şahbaz keçmiş Milli Səhiyyə Xidmətləri naziri Saira Afzal Tarar, Pakistanın Milli Assambleyasının üzvləri Camal Şah Kakar, Hafizur Rehman Dreşak, Pakistan Milli Assambleyasının keçmiş üzvləri Xürrəm Dəstgir, Murtaza Caved Abbasi və keçmiş senator Behramand Tangi ilə müvafiq seçki dairələrinin üzləşdiyi məsələlər barədə ətraflı müzakirələr aparıb.
O, həmçinin Baş nazirin Gənclər Proqramı ilə bağlı iclasa da sədrlik edib.(AzPolitika.info)
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:04


























