Beş ölkənin birinci nanımları Bişkekdə əl işləri sərgisini ziyarət edib

Qırğızıstanın Birinci Xanımı Aygül Japarova dörd ölkənin birinci xanımlarını Qırğızıstan mədəniyyəti ilə tanış edib.
Bu barədə 24.kg xəbər verir.

Japarova ilə yanaşı, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva, Çinin Birinci Xanımı Pen Liyuan, Türkiyənin Birinci Xanımı Əminə Ərdoğan və Özbəkistanın Birinci Xanımı Ziroatxon Mirziyoyeva Bişkekdə keçirilən unikal əl işləri sərgisini ziyarət ediblər.
Sərgidən sonra qonaqlar üçün uşaq incəsənət qruplarının ifasında musiqi əsərlərindən ibarət konsert proqramı təşkil edilib.
Digər ölkələrdən nümayəndə heyətləri ŞƏT iclası və Dünya Köçəri Oyunları üçün Qırğızıstana gəliblər.


Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:21


























