mobil versiya

Səudiyyə Ərəbistanı və Oman Yaxın Şərqdəki son hadisələri və regional təhlükəsizliyi müzakirə edib





Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ciddədə Oman sultanı Heytəm bin Tariq ilə görüşüb.

Yerli medianın məlumatına görə, iki lider ikitərəfli münasibətləri nəzərdən keçirib və müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək üçün perspektivli imkanları araşdırıblar.

Liderlər həmçinin Yaxın Şərqdəki son hadisələri və regional təhlükəsizlik və sabitliyin qorunması üçün davam edən səyləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanı və Oman müxtəlif sahələri əhatə edən güclü əlaqələrə və tərəfdaşlığa malikdirlər.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:41