mobil versiya

Mərmərə dənizində iki gəmi toqquşub, 10 heyət üzvü ilə əlaqə kəsilib




Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırış saat 03:26-da daxil olub. Onun sözlərinə görə, gəmi cəmi 11 dəqiqə ərzində çox sürətlə batıb.
***
10:37
"Mərmərə dənizində 10 nəfərlik heyəti olan gəminin batdığı ehtimal edilir".
Bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Mərmərə dənizində “Tuğberk İmamoğlu” quru yük gəmisi ilə ALSU tankeri toqquşub.
Qəza saat 03:15 radələrində Silivri sahillərindən təxminən 18 mil aralıda baş verib. İskəndərundan Karadeniz Ereğliyə 4 199 ton rulon polad daşıyan “Tuğberk İmamoğlu” gəmisində 10 nəfərlik heyət olub.
Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisindən heç bir cavab alınmayıb. Heyət üzvlərinin mobil telefonlarına edilən zənglər də cavabsız qalıb. Bu səbəbdən gəminin batdığı ehtimal edilir.
Gəmiyə məxsus xilasetmə vasitələri dəniz səthində aşkarlanıb. Lakin onların içərisində heyət üzvlərindən heç biri müəyyən edilməyib.
Hazırda hadisə yerində 14 axtarış-xilasetmə vasitəsi, bir helikopter və ALSU tankeri iştirak edir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
***
09:58
İstanbulun Silivri sahillərindən təxminən 18 mil aralıda iki ticarət gəmisi toqquşub.
Bu barəfə İstanbul Valiliyi məlumat yayıb.
Məlumatına görə, hadisə gecə saat 03:00 radələrində baş verib.
Kocaelidən Əliağaya gedən “Alsu” və İskəndərundan Ereğliyə doğru hərəkət edən Türkiyə bayraqlı “Tuğberk İmamoğlu” adlı ticarət gəmiləri toqquşub.
Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Hadisə yerinə Sahil Təhlükəsizliyi, Sahil Mühafizəsinin Mərmərə və Boğazlar Komandanlığına bağlı çoxsaylı dəniz vasitələri, həmçinin sahil mühafizə helikopteri göndərilib.
İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən hər hansı zərər aşkarlanmayıb. (Apa)


Reportyor.az 


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 12:18