mobil versiya

Paşinyan Ermənistanın Azərbaycana ilk ixracını həyata keçirdiyini bildirib




Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, detalları açıqlamayıb.
“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.(apa)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:38