mobil versiya

“Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib




Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.

AZSTAND məlumat verib ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.
Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında təsis edilən “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:18