mobil versiya

Toyun yasa döndüyü an






Məlum olduğu kimi, bir neçə gün öncə İranın Hörmüzqan vilayətinin Sirik rayonunun Kuhestək qəsəbəsində keçirilən toy mərasimi ABŞ hərbçilərinin raket hücumu nəticəsində cinayət və qan səhnəsinə çevrilib. Bu cinayət nəticəsində azı dörd nəfər, o cümlədən dörd yaşlı bir uşaq həyatını itirib, onlarla insan isə yaralanıb. Hadisə yerindən yayılan görüntülərdə dağıdılmış bir ev, dağıntı və tələfat izləri, xəstəxanadan yayılan görüntülərdə isə yaralı qadın və uşaqlar əks olunub.

Görünən odur ki, Amerika rejimi günahsız mülki vətəndaşların qətlə yetirilməsində doyumsuz bir iştaha sahibdir və bu baxımdan uşaq qatili olan İsrail rejimini geridə qoymağa, adını dünya cinayətkarları siyahısının ilk sıralarında qeyd etdirməyə çalışır.

ABŞ hərbçilərinin bir neçə gün öncə İranın cənubundakı Sirikdə toy mərasiminə endirdiyi zərbə bu rejimin Minab məktəbi və Lamerd stadionu kimi qeyri-hərbi obyektləri hədəfə alan silsilə cinayətkar əməllərinin davamıdır. Buna görə də Sirik hadisəsini müharibədə sadəcə bir «əməliyyat səhvi» kimi qələmə vermək qeyri-mümkündür. 
Minab məktəbinə hücum zamanı çox sayda şagird və mülki şəxs həyatını itirdi. Lamerddə isə bir idman komandasının üzvləri məşq zamanı son dərəcə məzlumcasına qətlə yetirilmişdilər; bu dəfə isə növbə Sirikə çatdı və ailə məclisinin keçirildiyi məkan ən müasir hərbi texnikanın hədəfinə çevrildi.
Son bir ildə Amerika və İsrailin beynəlxalq hüquq müdafiə təşkilatlarının sükutundan sui-istifadə edərək İrana qarşı səbəbsiz yerə müharibə başlatmasından asılı olmayaraq, şübhəsiz ki, hər bir müharibədə mülki şəxslər məhz mülki olaraq qalırlar və beynəlxalq humanitar hüquq da məhz onları müdafiə etmək və qorumaq üçün yaradılmışdır.
Humanitar hüququn ən təməl prinsiplərindən biri hərbi hədəflərlə qeyri-hərbi hədəflərin bir-birindən ayrılması prinsipidir; bu prinsip müharibə edən tərəfləri hərbi hədəflər ilə mülki əhali və əmlak arasında fərq qoymağa məcbur edir. Hücumlar yalnız hərbi hədəflərə yönəlməli, evlər, məktəblər, stadionlar və bu kimi digər qeyri-hərbi məkanlar isə qorunmalıdır.
Buna görə də məsələ təkcə döyüş meydanında kimin qalib gəlməsi deyil; məsələ müharibənin ortasında kimin bəşəriyyəti və insanlığı müdafiə etməsidir. Müasir dünyada bəzən «insan hüquqları» ifadəsi uca səslə səsləndirilir, bəzən isə elə həmin insan hüquqları yaralı uşaqların və onların yaslı ailələrinin şəkilləri qarşısında dərin sükuta qərq olur. Nəticə etibarilə, Avropadakı hər hansı bir uşağın həyatı nə qədər dəyərlidirsə, bir iranlı uşağın həyatı da məhz o qədər dəyərlidir.
Ona görə də əgər insan hüquqları həqiqətən də ümumbəşəridirsə, onun «şərqli» və «qərbli», «dost» və «düşmən» və ya «özgə» və «öz» kimi ayrı-seçkilikləri olmamalıdır. Dünya ictimaiyyətinin Birləşmiş Millətlər Təşkilatından haqlı olaraq sual vermək hüququ vardır: İnsan hüquqları yalnız qurban olan şəxs Amerikanın siyasi müttəfiqi olduqda mı hörmətə layiq görülür? İnsanların həyatının dəyəri onların başı üzərində dalğalanan bayrağa əsasənmi müəyyən edilir?

Əlirza Cəbbari,

İran İslam Respublikasının Bakıdakı səfirinin müavini


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:40