mobil versiya

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib




Azərbaycan Premyer Liqasının 4-cü turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İntizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib.

Bu barədə qurumun iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib.
Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:30