mobil versiya

“Kahı” və “kərəviz” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb






Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat verib. 

"Kərəviz" yükü şübhə doğurdu
Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.


Yoxlamalar nəticə verdi
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

230 ədəd qablaşdırmadan marixuana çıxdı
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Reportyor.az 


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 09:31