mobil versiya

Rusiyanın sonu




Rusiya tarixinin son günlərini yaşayır. Tarixdə 100 il belə çox uzun bir zaman periodu sayılmasa da axirəzzamanda bu qayda dəyişməkdədir. Əvvəllər yəni 100 il bundan öncə 1 ilə baş verə biləcək proseslər indi bir neçə gün kimi qısa müddət ərzində tamamlana bilir. Bir əsr əvvəl aylarla davam edən səyahətlər texnologiyanın inkişafı ilə bərabər saatlarla ifadə oluna biləcək zaman qədər qısaldı. İslam Peyğəmbərinin hədislərindən qəyamətə yaxınlaşdıqca zamanın qısalacağına dair kifayət qədər məlumat əldə edə bilirik və bu biz Müsəlmanlar üçün təəccüb ediləcək bir məsələ sayılmır.

Gələk məsələmizə yəni 300 ildən artıq bir vaxtdır ki xüsusən bizim ümumən isə İslam ümmətinin başına bəla olmuş və olmağa hələ də davam edən Rusyaya. Sual oluna bilər ki Rusyanın bölünəcəyinin əlamətləri nələrdir. Mən onları maddə maddə sıraynan bildirim analiz və şərhləri isə sizin öhdənizə həvalə edim.

1) Rusiya ikinci dünya müharibəsinin bitməsi ilə bərabər tarixinin ən möhtəşəm dönəmini yaşamasına baxmayaraq bu proses elə də uzun çəkmədi. Rusya mərkəzli sosyalist blok məğlub oldu və Rusyanın bölünmə prosesi sürətləndi.

2) 1991 – ci ildə SSRİ-nin dağılması üçün çalışan qüvvələr Rusyanın dağılmaması üçün hər cür fədakarlığa imza attılar. Yeltsin Rusyasını xilas etmək üçün 300 milyard dollardan artıq kredit yardımı edildi, bölgələrin narazılıqlarının qarşısı alındı. Çeçen müharibəsində Rusların ağıla gəlməz vəhşiliklərinə göz yumuldu.

3) Azərbaycan, Gürcüstan, Moldovya kimi ölkələrin torpaqları Kremil sarayının yardımı ilə işğal olunmağına baxmayaraq lazımı önləyici tədbirlər alınmadı.

4) Ukrayna ilə başlanılan savaş, Şimali Qavqazda Türkiyə ilə qarşıdarma riskinin artması, daxili narazılıqların böyüməsi kimi məsələlər də buna əlavə oluna bilər.

5) Bu gün qərb dünyası qeyri şərtsiz olaraq Rusyanın bölünməsi üçün hər cür addımı atır. Daxili müxaliflərin dəstəklənməsi, Ermenistanda Paşinyanin hakimiyyətə gətirilməsi və ən əhəmiyyətlisi ilə Lukaşenko hakimiyyətinin son günlərini yaşaması bunun əsasli sübutudur.
6) Hər nə qədər cənubda Türkiyə ilə müharibə, qərbdə Avropa və Amerikanın təzyiqləri, daxildə narazılıqların artması çox əhəmiyyətli faktorlar olsa da əsas həlledici zərbə Çin tərəfindən vurulacaq. Çin son 30 il ərzində kəfayət qədər Rusya torpaqlarına müdaxilə edib və etməyə də davam edir. Rus milliyətçilərinin mətbuatda müdamadi olaraq Çin təhlükəsini diqqət çəkməsi əsla təsadüf sayıla bilməz.
Bu sıranı daha da artırmaq olardı. Məsələn iqtisadiyyatı neft və qaz satışına bağlı olan Rusyanın nə qədər yaşaya biləci üzərində də durula bilərdi. Ancaq buna lüzum görmürəm.




KARUSEL / SİYASƏT / YAZARLAR
Tarix: 18-09-2020, 18:27