Azərbaycanda COVİD peyvəndi ilk olaraq bu şəxslərə vurulacaq - İşçi qrupunun rəhbəri açıqladı
Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.
Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan "Sputnik V" peyvəndini almaq imkanını nəzərdən keçirməyə hazırdır. Lakin "Sputnik V" peyvəndinin, ilk növbədə, ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanmalıdır. Hər şey arzulanan kimi davam edərsə, Azərbaycan bu sahədə Rusiya ilə əməkdaşlıq təkliflərini nəzərdən keçirəcək.
Bəs COVİD peyvəndi hazır olarsa, Azərbaycana gətirildiyi zaman ilk olaraq kimlər peyvəndlənəcək?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Milli.Az-ın sualını cavablandırıb:
"COVİD-in peyvəndi ilə bağlı araşdırmalar, hələ ki, davam edir. Peyvənd yaxın və uzaq yan təsrləri baxımından, faydalılığı baxımından araşdırmalar yekunlaşdıqdan və istifadəsi haqqında qayda qəbul olunduqdan sonra artıq istifadə oluna bilər. COVİD peyvəndi ölkəmizə gətirildikdən sonra ilk olaraq xroniki xəstəliyi olanlar, risk qrupunda olan insanlar peyvənd olunmalıdır.
Bir şey də var ki, ola bilər ki, COVİD peyvəndinin yaşlılarda çox effektivliyi olmasın. Biz hələ bunu bilmirik. Amma ümumi götürəndə xroniki xəstəliyi olan insanlarda, hətta 65 yaşın üzərində daha risklidir, amma 50 yaşın üzərində də insanlarda istifadə olunması mümkündür. Təbii ki, ilk olaraq COVİD peyvəndi yanaşı xroniki xəstəliyi - qaraciyər, böyrək və s. xəstəliyi olan və davamlı olaraq immun sistemini gücləndirmək üçün dərmanlar qəbul edən insanlarda istifadə olunacaq".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-09-2020, 13:53