mobil versiya

Amerikalı pedofil milyarderin qurbanı Britaniya şahzadəsinə pulla satıldığını deyib





Amerikalı əxlaqsız milyarder, azyaşlı qızları zorlamaqda və onları başqalarına peşkəş etməkdə günahlandırılan, daha sonra həbs olunduğu həbsxanada müəmmalı şəkildə ölən Ceffri Epşteynin qurbanlarından biri, Virciniya Jufre vaxtilə, 17 yaşında olarkən Londonda şahzadə Endryuya pulla satıldığını deyib.

BBC-nin məlumatına görə V.Jufre şahzadə Endryunu televiziyanın efirində “təcavüzkar” adlandırıb.

Amerikalı qadın Ceffri Epşteymə məxsus həmin evin vanna otağında zorlandığını, daha sonra isə şahzadənin gözü önündə fotoşəkillərinin çəkildiyini bildirib.

York hersoqu ünvanına sahib, Britaniya krallığının şahzadəsi Endryu ona ünvanlanan bütün ittihamları rədd edib və Jufre ilə hər hansı şəkildə intim əlaqəyə girmədiyini söyləyib.

Qeyd olunur ki, Virciniya Juffre “Ceffri Epşteyn” işində adı keçən onlarla qadından biridir.

Qadının ifadəsinə əsasən, o, Epşteynin rəfiqəsi Jislen Maksvell tərəfindən milyarderin yanına gətirlib.

Həmin vaxt V. Jufre ABŞ-ın indiki prezidenti Donald Trampın Florida ştatındakı Mar a-Laqo klubunun paltardəyişmə otaqğında növbətçi işləyirmiş. Jufrenin dediyinə görə, C. Epşteyn onu bir neçə nüfuzlu şəxslə, o cümlədən şahzadə Endryu ilə cinsi münasibətə girməyə məcbur edilib.

Şahzadə Endryu isə Epşteynin evində qonaq kimi olduğunu etiraf etsə də, ölən milyarderin qadınlara qarşı hansısa ləyaqətsiz davranışlar sərgilədiyini görmədiyini bildirib.

KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 22-09-2019, 14:18