Putinlə Paşinyan arasında sensasion əhvalatlar: Nikol konyak şüşəsini boşaldır və Vladimiri qucaqlayır...
Ermənistan baş naziri Nikol Paşinyan ötən həftə, Yerevanda keçirilən Avrasiya İttifaqı sammiti zamanı özünü qəribə aparıb və Rusiya prezidenti Vladimir Putinlə əməlli-başlı məcara yaşayıb.
Virtualaz.org xəbər verir ki, bu haqda 7or.am internet portalı yazır.
“Nikolun Köçəryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz məcaraları haqda” ironik başlıqlı məqalədə deyilir ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti görüşü qrafikə daxil etmədi.
Artıq Putinin Ermənistana ayaq basan kimi Paşinyan protokol qaydalarını kobud şəkildə pozdu-onu nə aerportda, nə də prezident kortejinin gəldiyi iqamətgahın qarşısında qarşılamadı. Putinə bu cür soyuq qarşılama mərasimi təşkil etsə də Paşinyan onunla ikilikdə görüşə nail olmaq istəyirdi.
“Nəayət Paşinyan Putinlə ayrıca görüşə...restoranda nail oldu. Şam yeməyi zamanı o, Putindən ayrıca görüş xahiş etdi. Protokol xidmətinin əməkdaşları çox qısa zamanda iki ölkənin bayraqlarını gətirdi və “Dvin” otelində görüş təşkil etdi, bu da Rusiya tərəfini əməlli-başlı təəcübləndirib şoka saldı”,-nəşr yazır.
Beləliklə, otelin restoranında baş tutan görüş zamanı iki ölkə başçıları bir neçə mövzuya toxundular. Onlardan birincisi Rusiyanın Ermənistana satdığı qazın qiyməti idi. Lakin Paşinyanın bu məsələ ilə bağlı sualını “Qazprom”un rəhbəri Aleksey Millerə yönəltdilər, ona başa saldılar ki, qazın qiyməti dövlət başçıları səviyyəsində həll ediləcək məsələ deyil.
Sonra görüşdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın taleyini müzakirə ediblər. ”Putn birbaşa deyib ki, heç kim Köçəryana qarşı irəli sürülmüş ittihamlara və onun barəsində Ermənistan hakimiyyətinin versiyasına inanmır. Nikolun adamlarından bəziləri Köçəryanın azadlığa buraxılmasını hansısa formada qazın qiymətinin aşağı salınması ilə əlaqələndirməyə çalışıb, amma buna sərt reaksiya verilib”,-nəşr yazır.
O da bildirilir ki, Paşinyan Putini yaxınlıqdakı hökumət bağ evinə dəvət edib, amma bu dəvət rədd olunub. Nəhayət Putin Paşinyana bildirib ki, o Köçəryanın arvadı Bella Köçəryanla səfirlikdə görüş planlaşdırır.
Paşinyan bu xəbərdən pərt olaraq əvvəlcə özünə yaxın resurslarda görüşün olmadığı haqda xəbər yaydırıb. “Sonra görüş faktını Köçəryanın və Putinin rəsmi nümayəndələri təsdiq edəndə başqa yol qalmayıb, belə xəbər yayıblar ki, görüş Bella köçəryanın təşəbbüsü ilə olub və çox qısa çəkib”,-məqalədə bildirilir.
Əslində isə görüş təşəbbüsü Rusiyadan gəlmişdi və bir neçə həftə əvvəl planlaşdırılmışdı. Üstəlik Köçəryanın özü ilə görüş planlaşdırılmışdı, amma eks-prezidentin həbsdən buraxılması baş tutmayıb. Paşinyan belə görüşün olacağını təxmin edərək Köçəryanın həbs müddətinin uzadılmasına nail olub. Nəticədə Putinlə Bella Köçəryan və oğlu Levon görüşüblər.
“İndiki halda mühüm emsaj Putinin keçmiş həmkarı və dostu ilə görüşüdür. Bu, özündə həm insani, həm siyasi mesaj əks etdirir”,-nəşr yazır.
Nəhayət Putinlə düz-əməlli söhbət edə bilməyən Nikol qərara alır ki, onu aerportdan yola salsın. Paşinyanın koreteji aerporta gedən yolda Putinin kortejinin “quyruğunda” gedirdi. Ermənistan baş naziri Putinin kortejini ötməyi əmr edir, amma bu göstəriş dar yolda az qala iki ölkə rəhbərlərinin təhlükəsizlik xidmətlərinin avtomobillərinin toqquşmasına gətirib çıxaracaqdı.
Nəhayət bu anlaşılmazlığa son qoyulur, qonaqlar ev sahibinin kortejini qabağa buraxır. “Zvartnots” aerportunda Paşinyan Putini qarşılayır və yenə söhbətləşməyin təklif edir. Görüş isə hansısa mühüm məsələ ilə bağlı deyil, spirtli içki içilməsinə həsr olunur. Özü də normadan artıq. Putin nəzakət xatirinə şərabın dadına baxır, Paşinyan isə konyakt butulkasını tək boşaldır. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən bərk-bərk qucaqlamasını da məhz içinin təsiri ilə izah edirlər...
MANŞET / KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 7-10-2019, 10:27