mobil versiya

Azərbaycanda 16 yaşlı qız ana oldu - YENİLƏNİB




Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzi tərəfindən 16 yaşlı qızın ana olması ilə bağlı açıqlama verilib.

BAKU.WS-in məlumatına görə, mərkəzin baş həkimi Sevda Hüseynova oxu.az-a açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya daxil olan zaman üzərində şəxsiyyət vəsiqəsi olmayıb və o, 2003-cü il təvəllüdlü olduğunu bildirib:

“Gəncə şəhər sakini A.B. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Xəstənin vəziyyəti ağır olduğu üçün dərhal cərrahi əməliyyata alınıb. Daha sonra xəstə qeydiyyata alınan zaman onun elektron sistemdə 16 yaşı olduğu məlum olub. Xəstə özü bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşdıqdan sonra dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib”.

S.Hüseynova qeyd edib ki, 16 yaşlı ana cərrahiyyə əməliyyatı olunub, dörd kiloqram çəkidə, 52 sm boyunda qız uşağı dünyaya gətirib:

“Hazırda ananın və körpənin vəziyyəti stabildir. Xəstə Gəncə şəhər sakini olsa da, doğum üçün Samux rayonuna müraciət edib. Daha sonra o, həkim müşayiəti ilə mərkəzə gətirilib. Ananın 110 kiloqram çəkisi var. O, zahiri görkəmilə həkimləri aldatmağa çalışıb”.

****

Gəncə şəhərində 16 yaşlı qız ana olub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib.

16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub.

Faktla bağlı araşdırma aparılır.





MANŞET / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 11-04-2022, 10:01