Makron NATO baş katibinin türk və ya ingilis olmasına qarşı çıxıb
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın müdafiə nazirinin NATO-nun baş katibi postuna namizədliyinə veto qoymağa hazırlaşır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “express.co.uk” saytı məlumat yayıb.
Yazıda Fransanın bu vəzifə üçün müraciət edə biləcək hər hansı Britaniya və ya Türkiyə namizədinə qarşı olduğu bildirilir.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. Ben Uolles də bu rola iddialılar arasındadır.
Britaniyanın mühafizəkar deputatı Endryu Bricen Emmanuel Makronu “anglofobiya”da ittiham edib. “Makronun ingilis düşmənçiliyi məyusluq doğurur, lakin o, ən azı bu məsələdə ardıcıldır”,-deyə o, söyləyib.
Digər bir mühafizəkar deputat Fransanın mövqeyinin baş nazir Rişi Sunakda narahatlıq doğurduğunu qeyd edərək, onun hələ də “Makrona dost kimi baxdığını” qeyd edib.
Avropa Tədqiqat Qrupunun sədr müavini Devid Consun sözlərinə görə, “hər bir ağlı başında olan insan bu rolda böyük hərbi gücün nümayəndəsinin olmasının yaxşı ideya olduğunu anlayır”.
Böyük Britaniyanın “Times” qəzetinin məlumatına görə, Hollandiyanın baş naziri Mark Rutte və Kanada baş nazirinin müavini Kristia Friland da bu vəzifəyə ən real namizədlər sayılırlar.
MANŞET / DÜNYA

Tarix: 25-11-2022, 13:30