"VARDANYANIN AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİNİ TALAMASINA İMKAN VERİLMƏYƏCƏK!" - Prezidentin köməkçisi nə baş verdiyini açıqladı
Dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirilib.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Brifinq zamanı, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi nəticəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etirazı ilə bağlı yaranmış vəziyyət barədə iştirakçılara ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
O deyib ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.
MANŞET / KARUSEL / GÜNDƏM

Tarix: 13-12-2022, 20:59