mobil versiya

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu edam olunacaq


İranda məhkəmə bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə basqın edərək terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.
Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.
Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.  Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
MANŞET / KARUSEL / DÜNYA
Tarix: 2-10-2023, 07:08