mobil versiya

Cənubi Qafqazda yeni MÜHARİBƏ BAŞLAYIR? - Rusiyadan XƏBƏRDARLIQ


Tbilisi məqsədyönlü şəkildə Cənubi Osetiya ilə sərhəddə gərginliyi artırır. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.
“Tbilisi son bir neçə ay ərzində Qərb ölkələrinin dəstəklədiyi təxribatçı hərəkətlərlə və siyasi təbliğat kampaniyaları ilə sərhəddəki gərginliyi məqsədyönlü şəkildə artırıb”, - açıqlamada deyilir.
İdarədən əlavə ediblər ki, belə siyasət regionda atmosferi alovlandırıb.
Daha əvvəl Cənubi Osetiya separatçı qurumu Gürcüstanın sərhəddə blokpostu inşa etməsini təxribat adlandırıb və belə hərəkətləri dayandırmağı tələb edib. Tbilisidən isə bildiriblər ki, polis postu postu götürülməyəcək.
Qeyd edək ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
 /publika.az/
MANŞET / SİYASƏT / DÜNYA
Tarix: 31-08-2019, 13:23