mobil versiya

Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto




Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib.

Bu barədə AQTA məlumat yayıb. 

Monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub.
Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina"  "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb.



Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb.


Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib.


AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan, heç bir sənədi mövcud olmayan, mənşəyi və təhlükəsizliyi barədə etibarlı məlumat təqdim olunmayan “arıqlama” məhsullarından istifadə etməməyə çağırır:



https://youtu.be/8K5XpQINxE4


Sibutramin maddəsi aşkarlanan məhsulların siyahısı:

Məhsulun adıİstehsal tarixi /
Son istifadə müddəti
Partiya nömrəsiİstehsalçı
1SLT Slim Lux Hazelnut Coffee Premium10.2024 - 08.2027102024“Ella Kozmetik” LTD ŞTİ
2SLT Slim Lux Coffee Premium04.2025 - 09.2028012024Ella Kozmetik LTD ŞTİ
3Good Lux Green Coffee04.2026 - 04.2029042026Ella Kozmetik LTD ŞTİ
4Green Good Lux Hazelnut Coffee03.2025 - 03.2028032025Ella Kozmetik LTD ŞTİ
5SLT Slim Lux Coffee Premium01.2026 - 01.2029012026Ella Kozmetik LTD ŞTİ
6Green Good Lux Slimming Capsules01.09.2025 - 01.10.20284663010124Ella Kozmetik LTD ŞTİ
7Vellara Form Coffee10.2025 - 10.2028102025-01Yaser İlaç İthalat İhracat Sanayi Ticaret Limited Şirketi
8Vellara Form Tea10.2025 - 10.2028102025-01Yaser İlaç İthalat İhracat Sanayi Ticaret Limited Şirketi
9Spirulina10.01.2025 - 09.01.2028--
10Saffren Dietary Supplement02.2025 - 02.2028--



Reportyor.az 

MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:22