Məşhur ulduz azərbaycanlı oliqarxın qızından danışdı - “Onunla ər-arvad kimiyik” - VİDEO
Rusiya və Ukrayna estradasının super ulduzu Svetlana Loboda jurnalist Kseniya Sobçakın “Ostorojno, Sobçak!” (“Ehtiyatlı ol, Sobçak!”) Yutub layihəsinin qonağı olub.
Reportyor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sobçakın Natella Krapivina onun üçün kimdir (daha əvvəl KİV Lobodanın prodüseri Krapivina ilə intim əlaqə yaşadığı haqda yazırdı) sualını müğənni belə cavablandırıb:
“Səmimi olacağam, indi bizdə çətin mərhələdir. Biz tez-tez bir-birimizə: “Biz səninlə ər-arvad kimiyik” deyirik. Bu, dəqiqdir. Çox şeylər yaşanıb. Biz çox mübahisə, müzakirə edirik. Amma bu insan mənə çox yaxındır, çox əzizdir. Bu insan mənim ailəmin bir parçası, partnyorum, Evamın (müğənninin kiçik qızı –red.) xaç anasıdır”.
N. Krapivina haqda danışan S. Loboda ona heç vaxt zərər yetirməcəyini qeyd edib:
“Bizim həyatımızda nə olursa olsun, heç vaxt onu pis vəziyyətdə qoymaram və atmaram. İşləsək də, işləməsək də, biz həmişə çox yaxın insanlar olacağıq”.
“Ostorojno, Sobçak!” proqramına müsahibəsində müğənni prodüserinin “böyük bir problemi” haqda danışıb: “O, şərq insanıdır, o çox tez özündən çıxan və emosional insandır. Mən etməmişdən əvvəl dəfələrlə fikirləşə bilərəm, o isə edir və sonra fikirləşməyə başlayır. Və bu da bizə çox şeydə mane olur”.
Rusiya və Ukrayna KİV qeyd edir ki, Svetlana Lobodanın prodüseri Natella Krapivina Ukraynanın ən varlı insanlarından biri olan – azərbaycanlı oliqarx Vaqif Əliyevin qızıdır. V. Əliyevə Kiyevdə yerləşən “Mandarin Plaza”, “Ocean Plaza”, “Lavina Mall” və “Blockbuster Mall” kimi ticarət mərkəzləri, eləcə də ən hündür göydələn – “Parus” biznes mərkəzi və “Diamond Hill” elit yaşayış evi məxsusdur.
MARAQLI / KARUSEL / HADİSƏ
Tarix: 27-09-2019, 12:05