mobil versiya

Faytonçu Nazim: “Həmin vaxt hamı ilə vidalaşdım” - VİDEO




“Faytonçu Nazim” ləqəbi ilə tanınan Nazim Pişyari bir müddət əvvəl keçirdiyi əməliyyatından danışıb.

REPORTYOR.AZ xəbər verir ki, “Həmin Zaur” verilişinə qonaq olan sənətçi əməliyyata girərkən hamı ilə vidalaşdığını deyib:

“Sağ qalmağım Allahın mənə bir lütfüdür. Həkimlər sonuncu əməliyyatımın 8-10 saat davam edəcəyini dedilər. Həmin vaxt hər kəslə sağollaşdım.

Çünki bilmirdim, necə olacaq. Beynimdə qəlbimdə hamı ilə vidalaşdım. Amma şükürlər olsun ki, bu gün ayaqdayam”.

Xatırladaq ki, ifaçı bir müddət əvvəl öd kisəsindən əməliyyat olunub. Əməliyyatı uğursuz keçən Pişyari xeyli çəki itirmişdi.

Bir neçə dəfə əməliyyat olunduqdan sonra isə əvvəlki səhhətinə qovuşub.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 1-07-2021, 11:01