mobil versiya

"Düdelanj"ın futbolçularının butsları oğurlandı - "Qarabağ"la oyun ərəfəsində



"Qarabağ" komandası ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı ərəfəsində Lüksemburq "Düdelanj"ının bazasından oğurluq olub.

"Report"un yerli polisə istinadən verdiyi məlumata görə, naməlum şəxslər sentyabrın 30-na keçən gecə paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbolka, şort və digər idman aksessaurları aparıblar. Butların bir hissəsi xüsusi keyfiyyətə malik olub. Kluba ciddi ziyan dəyib. Polis oğruların yerini müəyyənləşdirmək üçün DNT izlərindən istifadə etməli olacaq.

"Düdelanj"ın prezidenti Romen Şumaxer oğurlanan butsların futbolçuların üçün böyük önəm kəsb etdiyini bildirib: "Rosport"la çempionat matçımızda bəzi oyunçularımızın xüsusi keyfiyyətli butsları yox idi. "Qarabağ"la qarşılaşmada isə bütün futbolçular belə ayaqqabılarda çıxış etməlidirlər".

Qeyd edək ki, bu gün Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

MARAQLI / KARUSEL / HADİSƏ
Tarix: 3-10-2019, 10:11