mobil versiya

Ermənistanda sosial şəbəkələrdə ən çox axtarılan və mahnısı yüklənən müğənnimiz - FOTO




Ermənistanda sosial şəbəkələrdə ən çox axtarılan və mahnısı yüklənən müğənni azərbaycanlıdır. 

Qazet.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə əslən Qarabağ ermənisi olan müğənni Andre açıqlama verib. Onun "həyacan siqnal"ından sonra yerli jurnalistlər ən çox axtarılan müğənninin kim olduğunu öyrənmək üçün kiçik araşdırma aparıb.

Məlum olub ki, Jony (Coni) kimi tanınan Cahid Hüseynli 1996-cı il fevralın 29-da Bakıda anadan olub. O, 4 yaşında olanda ailəsi Moskvaya köçərək, burada musiqi karyerasını qurub və böyük bir pərəstişkar ordusu qazanıb.

Ermənilər bildirirlər ki, nə qədər  ağrılı olsa da, sosial şəbəkə platforması olan "İnstaqram"da erməni qızlarının onun mahnılarını öz profillərində yerləşdirməsi artıq faktdır.


MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 6-11-2021, 12:14