mobil versiya

Sahibsiz heyvanlara yardım məqsədilə xeyriyyə festivalı: “Bizim evimiz”



“Handicraft” şirkəti və “Pet Care” cəmiyyəti heyvanlara kömək məqsədilə xeyriyyə festivalı təşkil edir. Mayın 6-7-də “Passage 1901”də təşkil olunacaq ikigünlük tədbirdə heyvanlara olan qayğılı və məsuliyyətli münasibətdən söhbət açılacaq, heyvanlara sahib olmaqda ziyarətçilərə kömək edəcəklər.
Festival üç hissəyə bölünüb: tədris, əyləncə və heyvanlarla tanışlıq.
Ziyarətçilər baytar və kinoloqlarla, bioloq və psixoterapevtlərlə, bloger və jurnalistlərlə tanış olmaq fürsəti qazanacaq, eləcə də əl işlərindən ibarət məmulatları əldə edə biləcəklər.
İki gün ərzində “workshop”, ustad dərsləri, yarmarkalar, mühazirələr və s. keçiriləcək.

MARAQLI / KARUSEL
Tarix: 1-05-2023, 15:18