mobil versiya

Dubay yenidən dünya turizm istiqamətləri reytinqində birincidir



Dubay ardıcıl olaraq üçüncü ildir ki, “Tripadvisor Travellers' Choice: Best of the Best Destinations” mükafatına layiq görülür. Bu mükafat xüsusilə əhəmiyyət kəsb edir – qaliblərin təyin edilməsi zamanı “Tripadvisor” xidməti, 2022-ci il 1 oktyabr - 2023-cü il 30 sentyabr tarixləri arasında otel, restoran və əyləncə obyektlərinin keyfiyyəti və sayı kimi meyarları nəzərə alaraq milyonlarla səyahətçinin qiymətləndirmələrinə və rəylərinə əsaslanıb.
Bu barədə Dubayın İqtisadiyyat və Turizm Departamenti xəbər verir. “Tripadvisor” xidmətinin bu nüfuzlu mükafatı Dubayın indiyədək layiq görüldüyü mükafatlar siyahısına əhəmiyyətli töhfələrdən biridir.
“Remitly” şirkətinin dərc etdiyi hesabata əsasən, 2023-cü ildə Dubay relokasiya üçün dünyanın bir nömrəli şəhəri seçilib. “Savills” əmlak konsaltinq şirkəti onu “Executive Nomad Index 2023” indeksi üzrə uzaq məsafədən işləmək üçün ən yaxşı 20 şəhər siyahısına daxil edib.
Dubay 2023-cü ildə “Euromonitor International” indeksi üzrə dünyanın ikinci ən populyar şəhəri seçilib. Bundan əlavə, Dubay Yaponiyanın Mori Memorial Fondunun şəhər strategiyaları İnstitutu tərəfindən tərtib edilmiş nüfuzlu “Global Power City Index 2023” reytinq cədvəlinin ilk onluğuna daxil olub. Bundan əlavə, dünyanın ən böyük şəhər və ölkə məlumat bazası olan “Numbeo”ya görə, BƏƏ 2023-cü ildə dünyanın ikinci ən təhlükəsiz ölkəsi adını alıb. Bu mühüm nailiyyətlər Dubayın 200-dən çox müxtəlif millətdən olan nümayəndələr üçün unikal imkanlar təklif edən dünyanın aparıcı rahat yaşayış mərkəzi kimi cəlbediciliyini təsdiqləyir və yüksək təhlükəsizlik standartları səyahətçilərin bu şəhərdə dinc həyatını təmin edir.
Dubay İqtisadiyyat və Turizm Departamentinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr ayları arasında 15,37 milyon xarici turist Dubaya səfər edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur. Bu tendensiya Dubayın biznes və istirahət, turizm, yaşayış və biznes üçün dünyanın aparıcı üç şəhərindən biri kimi mövqeyini möhkəmləndirməyə yönəlmiş “D33” adlı iqtisadi strategiyasına tam uyğundur.(azərtac)

MARAQLI / KARUSEL
Tarix: 12-01-2024, 09:33