mobil versiya

İlk dəfə insan beyninə "çip" yerləşdirilib - VİDEO



ABŞ-nin “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu, milyarder iş adamı İlon Mask ilk dəfə bir insan beyninə "çip" taxıldığını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkə hesabından paylaşım edib.

Prosesin yaxşı getdiyini bildirən Mask, ilk nəticələrin “ümid verici” olduğunu vurğulayıb.

İş adamı ilk “Neuralink” məhsulunun adının “Telepatiya” olduğunu və bu sistemlə telefon, kompyuter kimi elektronik cihazları sadəcə düşünərək idarə etməyin mümkün olduğunu deyib. O, qeyd edib ki, sistemin İlk istifadəçiləri hərəkət qabiliyyətini itirmiş insanlar olacaq.

Qedy edək ki, “Neuralink”-in beyin çipi layihəsi ötən il insan üzərində sınaqlara başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq almışdı. Qeyd edilib ki, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən "çip"lər beyindəki siqnalları uğurla digər cihazlara ötürüb.

Bu cihaz vasitəsilə iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq nəzərdə tutulur.





MARAQLI / KARUSEL
Tarix: 30-01-2024, 12:22