mobil versiya

Saturnun peykində yeraltı okean var



Saturnun Mimas peyki orijinal "Ulduz döyüşləri" filmindəki qorxulu ölüm ulduzu ilə qeyri-adi oxşarlığı ilə tanınır. Tədqiqatçıların fikrincə, onun başqa bir maraqlı fərqi də var, bu, peykin buzlu və krater çapıqlı xarici qabığının altında gizlənmiş yeraltı okeandır.
Astronomlar çərşənbə günü bildiriblər ki, NASA-nın “Kassini” kosmik gəmisinin Mimasın fırlanma hərəkəti və orbitinə dair əldə etdiyi məlumatlar qalınlığı 12-19 mil (20-30 km) olan buz təbəqəsinin altında maye su okeanının olduğunu təsdiqləyir. Onların dediyinə görə, bu okean kosmik miqyasda yaxınlarda - 25 milyon il əvvəl yaranıb.
Yerdəki ilk canlı orqanizmlərin milyardlarla il əvvəl planetimizin ilkin dənizlərində yarandığını nəzərə alsaq, bu kəşf Miması həyatın yaranmasına səbəb ola biləcək şərtləri araşdırmaq üçün cəlbedici bir məkana çevirir.
Paris rəsədxanasının astronomu, “Nature” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi Valeri Lainey bildirib ki, Mimas ilk baxışda Günəş sistemində maye su axtarmaq üçün ən çətin yerdir. Peyk köhnə və qeyri-aktiv görünür və çoxlu kraterlərdən ibarətdir.
Mimas Günəş sistemində Saturnun Enceladus və Titan, Yupiterin Avropa peykləri ilə müqayisədə ən kiçiyidir. Yupiterin Kallisto peyki də daxil olmaqla, bir neçə digər göy cismində də yeraltı okeanların olması ilə bağlı şübhələr var.
Saturn və onun peyklərini tədqiq edən “Kassini” öz “ömrünü” 2017-ci ildə nəhəng halqalı planetin atmosferinə qərq olaraq başa vurub. Onun Mimasın buzlu səthində apardığı müşahidələr okeanla bağlı heç bir deformasiya aşkar etməyib. Tədqiqatçılar müəyyən ediblər ki, onun orbitinin müəyyən aspektləri də daxili okeanın olması ilə izah oluna bilər.(trend)

MARAQLI / KARUSEL
Tarix: 8-02-2024, 17:20