mobil versiya

Dırnaq boyda olan balığın mexaniki çəkic qədər səs çıxardığı kəşb edilib



Alimlər kiçik, şəffaf bədən formasına malik balığın beton səthləri dağıtmaq üçün istifadə olunan mexaniki çəkic qədər yüksək səs çıxardığını kəşf ediblər.
Bu barədə BBC News xəbər verir. 
Almaniyadakı akvariumdan gələn əsrarəngiz səslər elm adamlarını araşdırmalar aparmağa sövq edib. Nəticədə adı “Danionella cerebrum” olan balığın güclü səs çıxardığı məlum olub.
Balıq bu səsi üzmə kisəsi adlanan orqandan çıxarır. Suyun balığa yaxın hissəsində bir silah səsi qədər yüksək olan bu səs 140 desibel gücündə ölçülüb.
Tədqiqatçılar 12 millimetr uzunluğunda olan bu balıq növünün boyuna görə bugünədək ən gurultulu səs çıxaran balıq olduğunu bildiriblər.
Onların fikrincə, balıq bu səslə digər balıqlarla ünsiyyət yaradır.
Təbiətdə adətən heyvan nə qədər böyük olarsa, səsinin də bir o qədər gur çıxdığı məlumdur.
Suyun altında isə vəziyyət fərqlidir – bu kiçik dəniz canlısı indiyədək kəşf edilən ən səs-küylü su heyvanıdır.
“Danionella” şəffaf olduğundan onun beyninin necə işlədiyi açıq görünür və bu, onun davranışlarını daha dəqiq araşdırmağa imkan verir.
Daha gurultulu səsə malik digər balıqlar olsa da, onların ölçüsü çox böyükdür.

MARAQLI / KARUSEL
Tarix: 27-02-2024, 17:35