Azərbaycanın səmaya yüksələn zirvələri - dağlar
Bakı Media Center Azərbaycanın fərqli regionlarından səmaya yüksələn dağlarından, füsünkar təbiətindən şəkillər paylaşıb.
Zəngin təbiətə malik Azərbaycan ərazisində çox sayda dağ var. 4466 m hündürlüyə qədər ucalan Bazardüzü zirvəsi Azərbaycanın ən yüksək nöqtəsidir. Ümumiyyətlə ölkə ərazimizin 60 faizə qədərini dağlıq ərazilər tutur. Təsadüfi deyil ki, həm gündəlik həyatımızda, həm mədəniyyətimizdə, həm də əsərlərimizdə dağlardan çox danışılır, onlar nümunə kimi göstərilir. Misal üçün, güclü və cəsarətli insanlara Azərbaycanda “dağ kimi vüqarlı” deyirlər.
Fərqli regionlarımızda BMC-nin fotoqraflarının çəkdikləri dağ və dağlıq ərazilərin fotoları təqdim edirik.
MARAQLI / KARUSEL
Tarix: 23-08-2024, 11:45