mobil versiya

İlin ikinci Ay tutulması bu tarixdə baş verəcək



2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.
2024-cü ilin 2-ci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.
Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.

MARAQLI / KARUSEL
Tarix: 12-09-2024, 08:50