mobil versiya

Ölkəmizdə süni intellekt sahəsində vəziyyət necədir?



Ölkəmizdə süni intellekt sahəsində vəziyyət necədir? Ötən ilin süni intellekt layihələri haqqında nə bilirik?

Reportyor.az xəbər verir ki, bunu bunu Azərbaycan İnternet Forumunun prezidenti, multmedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz sosial şəbəkə hesabında ötən ilin süni intellekt layihələri haqqında qısa məlumatı təqdim edib.

Dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına resurslar ayırmağa başlayıb.
2024-cü ildə bir neçə süni intellekt layihələri ilə üzrə tenderlər olub. 
1. İqtisadiyyat Nazirliyi “Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlər” üçün 1.722.999 manat vəsait ayırıb.
Tenderin qalıbi "SMART SOLYUŞNS GROUP"  şirkəti olub.
Şirkət layihə çərçivəsində “Nitq analitik platforması”nın hazırlanmasını, məlumatların öyrənilməsi və təhlil işlərinin aparılmasını, ilkin sınaqların aparılmasını, Böyük Dİl Modelinin təlimini,  ÇATBOT İDARƏETMƏ PLATFORMASI hazırlamalıdır.
Layihənin icrası ilə bağlı məlumatlar hələlik açıqlanmayıb 
2. MİDA isə  "Güzəştli mənzil" sistemi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi üçün 1.569.400 manat ayırıb.
Tenderin qalibi RİSK şirkəti olub.
Şirkət MİDA sisteminin dayanıqlığı və təhlükəsziliyinin təmin edilməsi üçün platforma hazırlayacaq.
Layihənin yekunu haqqında hələlik məlumatlar yoxdur
3. İqtisadiyyat Nazirliyi daha bir süni intellekt layihəsi,  “Sənaye 4.0 Akselerasiya Mərkəzinin və Süni İntellekt Laboratoriyası”nın yaradılması  üçün 603.216 manat ayırıb. Bu layihəni "BAKİNİTY DİSTRİBUTİON" şirkəti qazanıb.
Şirkət Analitik sistem üçün Vahid Saxlama Sistemi –server və digər avadanlıqlar alacaq, laboratoriya quracaq.
Bu layihənin icrası haqqında da hələlik yetərli məlumatlar yoxdur
4. "SU VƏ MELİORASİYA ELMİ TƏDQİQAT İNSTİTUTU" isə  “Su ehtiyatlarının idarə olunmasında süni intellekt və digər innovativ həllərə dair bootcamp-in təşkili xidmətinin satın alınması”na  79.239 manat ayırıb
Layihənin icrası ilə bağlı məlumat yoxdur

5. Xatırladıram ki, 2023-cü ildə yalnız bir süni intellekt əsaslı layihə tenderə çıxarılıb. DİM “Çağrı mərkəzi üçün süni intellekt əsaslı Səsli bot sisteminin satın alınması” layihəsinə 43.500 manat ayırmışdır. Tenderi  "ROBOTRONICS" şirkəti qazanıb.
Şirkət  eyni anda daxil olan çoxsaylı zəngləri  cavablandıra bilən sistem formalaşdırmalı, şifahi dialoq apara bilən bot üçün proqram təminatını hazırlamalı ,  süni intellekt sistemini yaratmalı və  data toplanmasını, zəng səs yazıları arxivi formalaşdırmalıdır.
Xatırladıram ki ABB və Azercell-də də real olaraq işləyən süni intellekt əsaslı həllər tətbiq edilir.
Məlumat üçün bildirim ki, əvvəllər ASAN-nın, Baş Prokurorluğun, Ali Məhkəmənin və s. bir çox qurumların da süni intellekt əsaslı layihələrinin olacağı haqqında mesajlar verilmişdir.
Lakin hazırda bu layihələr haqqında ağlabatan bir məlumatlar əldə etmək mümkün deyil.
Yeri gəlmişkən, hazırda Azərbaycanda süni intellekt sahəsində RİNN-in AİLab və İN-nin 4SİM qurumları, ETN-in İS və İT İnstitutları, ADA və AzTU və bir neçə şirkətlər məşğuldur.
Süni intellekt sahəsi üçün vacib olan, hamı üçün əlçatan olan təkmil bir  Dil Korpusu indiyədək mövcud deyil.
Milli Dil Korpusunun yaradılması ilə AMEA-nın Dilçilik İnstitutu, ETN –in İS (keçmiş Kibernetika) və İnformasiya Texnologiyaları İnstitutunun birgə iş apardığı bildirilsə də hələlik ortada heç nə yoxdur.
Bildiyim qədər hazırda ölkədə süni intellekt sahəsindəki həllər və tədqiqatlar üçün  hamıya əlçatan olan, dövlət və özəl sektorun, elmi-tədqiqat sahəsinin bəhrələnməsi üçün vacib olan  Superkompüter Mərkəzinin formalaşdırılmasına da start verilib.  
Azərbaycanda iki qurum, RİNN və İN süni intelelktin, data sahəsinin   inkişafı ilə bağlı konseptual sənəd layihəsi hazırladıqlarını açıqlasalar da, onunla bağlı da hələlik real olaraq ortada heç nə yoxdur.
İki il öncə RİNN və Mərkəzi Bank arasında  süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək məqsədilə Süni İntellekt Alyansı formalaşmışdı, lakin hələlik real işlər görünmür .
Ümid edirəm İRİA-nın yeni rəhbərliyi və 4SİM  süni intellektin inkişafı sahəsindəki səylərini gücləndirəcəklər.

MARAQLI / KARUSEL
Tarix: Bu gün, 15:17