Model Aysu ilə eşq xəbərləri yayılan Orxan Lökbatanlı: "Utandığımdan..." - VİDEO
"İnsanın ən yaxını öz ailəsi, öz balalarıdır. 2019-cu ildən bunu daha çox dərk etdim. Mənim birinci dostum Allahdır, ikinci dostum ailəmdir, atam-anamdır, balalarımdır".
BAKU.WS xəbər verir ki, bu sözləri model Aysu Bədəlzadə ilə eşq yaşadığı deyilən meyxanaçı Orxan Lökbatanlı "Toliklə səmimi" verilişində deyib.
Məşhur meyxanaçı barəsində yayılan eşq şayiələri üzündən utandığı üçün il yarımdır, efirlərə çıxmadığını bildirib.
O, meyxana sənətinin indiki durumundan narazı olduğunu dilə gətirib.
Xatırladaq ki, model Aysu Bədəlzadə sosial şəbəkədə meyxanaçı Orxan Lökbatanlı ilə otel görüntüsünü paylaşmışdı. Aysunun paylaşdığı fotonun otel otağında çəkilməsi izləyiciləri qıcıqlandırıb. Aysunu evli kişi ilə görüşdüyü üçün ittiham edənlər də olub, onlara xoşbəxtlik arzulayanlar da. Maraqlıdır ki, şərhlərə cavab verən Aysu Orxanı sevdiyini yazıb. Orxan Lökbatanlı isə model Aysu Bədəlzadə ilə sevgili olması xəbərlərini təkzib edir. O, heç kimlə sevgili olmadığını, ailəsində isə hər şeyin qaydasında olduğunu bildirib.
Xatırladaq ki, model Aysu Bədəlzadə vaxtilə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 17-02-2020, 15:00