"Instagram" sosial şəbəkəsi bir sıra yeni funksiyalar təqdim edib

"Instagram" sosial şəbəkəsi bir sıra yeni funksiyalar təqdim edib.
Reportyor.az xəbər verir ki, istifadəçilərə məlumatların 29 günə qədər əvvəlcədən planlaşdırılması imkanı verilib. Bu, istifadəçilərin mesajları öncədən göndərmələrinə şərait yaradır.
Digər bir yenilik isə istifadəçilərə dialoqun yuxarı hissəsində üçədək çatı sabitləmə imkanını təqdim etməsidir. Bu, xüsusən aktiv qrup çatlarında vacib məlumatların asanlıqla saxlanılması məqsədini daşıyır.
Şirkət bu yenilikləri müxtəlif saat qurşaqlarında ünsiyyətin rahatlığını artırmaq və qrup çatlarında vacib məlumatların saxlanılmasını asanlaşdırmaq məqsədilə tətbiq edib.
Bundan əlavə, "Instagram" məlumatların 99 dilə tərcümə edilməsini dəstəkləyən xidməti təqdim edib və istifadəçilərə dostları QR kodları vasitəsilə qrup çatlarına dəvət etmək imkanı yaradıb.
MARAQLI / KARUSEL
Tarix: Dünən, 15:51