Bu villada yaşamaq üçün günə 10 min dollar ödəyir – Fotolar
“Forbes” jurnalına görə, dünyanın ən gənc qadın milyarderi olan model Kayli Cenner yeni evi ilə gündəmdədir.
“Qafqazinfo” xəbər verir ki, müvəqqəti olaraq Baham adalarına köçən 22 yaşlı podium ulduzu günü 10 min dollara başa gələn villa kirayə götürüb.
Onun “Airbnb” şirkətindən icarəyə götürdüyü malikanə Villa Rosalita ərazisində yerləşir.
6 yataq otağı, hovuz, idman zalı, barı olan mənzil Karip dənizinin sahilindədir. O, hazırda bacısı Kendal Cenner və rəfiqələri ilə sözügedən villada istirahət edir.
MARAQLI / BANNER / KARUSEL / DÜNYA / FOTOXƏBƏR
Tarix: 4-03-2020, 18:43